"Azəryol" 1/8 finalda

"Azəryol" 1/8 finalda
20:28 16 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azəryol” klubu Avropa Voleybol Konfederasiyası (CEV) kubokunun 1/8 final mərhələsinin cavab oyununu keçirib.

Trend-in məlumatına görə, Bakının qadınlardan ibarət komandası Finlandiyanın “Salo” klubunu qəbul edib.

Finlandiyada keçirilən ilk oyunda 3:0 hesabı ilə qalib gələn komandamız bu dəfə də rəqibini məğlub edib.

Görüşün ilk seti qonaqların xeyrinə başa çatıb - 25:21. İkinci setdə “Azəryol” 25:10 hesabı ilə üstün olub. “Salo” klubu üçüncü setdə də irəli çıxıb - 25:23. Lakin dördüncü setdə komandamız təşəbbüsü ələ alıb - 25:21.

Tay-brekdə də üstün olan (15:11) "Azəryol" növbəti mərhələyə yüksəlib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR