Atırauda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Atırauda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
20:28 16 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Atırau, 16 dekabr, AZƏRTAC
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib.
X.Dosmuxambetov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəni İrsinin Öyrənilməsi Mərkəzində keçirilmiş tədbirdə həmin vilayətdə fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyətinin üzvləri və X.Dosmuxambetov adına Atırau Dövlət Universitetinin tələbələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Novruz” milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov, universitetin beynəlxalq əlaqələr kafedrasının müdiri Dana Baqistanovna Kamilova və azərbaycanlı tələbələr çıxış edərək Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, onun Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafında rolundan danışıblar.
Sonda ulu öndər Heydər Əliyev haqqında film nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Atırau



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Atirauda_ulu_onder_Heyder_Aliyevin_xatiresi_anilib-911887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR