Çövkən oyunu üzrə yarışların coğrafiyası ildən-ilə genişlənir

Çövkən oyunu üzrə yarışların coğrafiyası ildən-ilə genişlənir
20:38 16 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 16 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində ənənəvi olaraq hər il dekabrda keçirilən Prezident Kuboku uğrunda çövkən oyunu üzrə yarışların coğrafiyası ildən-ilə genişlənir. Bu, bizi çox sevindirir. 2006-cı ildə ilk dəfə keçirilən yarışda 8 komanda iştirak edirdisə, bu il onların sayı 24-ə çatıb. Yəni iştirakçı komandaların sayı üç dəfə artıb. Tərtər, Şəmkir, Samux rayonları builki yarışlarda ilk dəfə təmsil olunurlar. Bu onu göstərir ki, oyunlara maraq çox yüksəkdir.
Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Cavanşir Cəfərov Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Qurumun rəsmisinin bildirdiyinə görə, 2006-cı ildə təşkil edilən oyunlarda yalnız çövkən oyunu üzrə yarışlar keçirilib. Sonrakı illərdə oyunların proqramına sür-papaq, papaq, atüstü güləş və yaylıq oyunları da daxil edilib. Bu il isə güc sınağı və baharbənd yarışları ilə oyunların proqramı daha da zənginləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHovken_oyunu_uzre_yarislarin_cografiyasi_ilden_ile_genislenir-911890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR