Türkiyədə aviaşirkət saniyədə 11 bilet satıb

Türkiyədə aviaşirkət saniyədə 11 bilet satıb
20:42 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Türkiyənin “Onur Air” aviaşirkəti bu il 550 min bileti 39 TL və 39 ABŞ dollardan satışa çıxarıb. “Report” xəbər verir ki, sözügedən kampaniya çərçivəsində biletlər rekord həddə satılıb. Belə ki, aviaşirkət saniyədə 11 bilet satıb. Bir saatda satılan bilet sayı isə 20 157 olub.
“Onur Air” şirkətinin baş direktoru Teoman Tosun bildirib ki, şirkətin gələn il üçün kampaniya çərçivəsində satışa çıxardığı biletlərin 370 mindən çoxu artıq satılıb: “Kampaniyanın başladığı ilk günlərdə, yəni dekabrın 3-də saat 16:00 - 17:00-da 20 mindən çox bilet satılıb. Şirkətin tarixində qısa vaxt kəsişməsində, yəni bir saniyədə 11 bilet satması ən çox bilet satdığı an olub. Kampaniyanın sonunda şirkət bu rekordun “Ginnes Rekordlar Kitabı”na qeydiyyata alınması üçün rəsmi olaraq müraciət edəcək".
Qeyd edək ki, bu günə qədər Türkiyədə şirkətin kampaniya çərçivəsində əldə etdiyi yüksək nəticəni heç bir aviaşirkətin əldə etmədiyi ehtimal olunur. Eyni zamanda, şirkət kampaniyadan kənar 200 minə yax normal bilet satışı həyata keçirib.

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/turkiyede-aviasirket-saniyede-11-bilet-satib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR