Fermerlərin üzləşdikləri çətinliklər

Fermerlərin üzləşdikləri çətinliklər
20:47 16 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

40 ilə yaxındır heyvandarlıqla məşğul olan Fərhad Mirzəyev əvvəllər kiçik təsərrüfatla  fəaliyyətə başlayıb. Daha sonra dövlətin fermerlərə təklif etdiyi güzəştli kreditlərdən yararlanaraq təsərrüfatını genişləndirib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Hazırda 85 baş xırdabuynuzlu, 45 baş iribuynuzlu heyvan bəsləyən fermerin sözlərinə görə, ən başlıcası heyvanların saxlandığı yerin təmizliyinə xüsusi diqqət yetirməkdir.

Fərhad Mirzəyev: "Mal-qaranın gündə yerini təmizləməsək, mal-qara inkişaf etməz. Gərək onun yerini təmizləyəsən, vaxtlı-vaxtında təmiz süd verəsən ki ona, həm süd ala biləsən, həm də əti inkişaf etsin. Bunları etməsən mümkün deyil".

Fermerin dediyinə görə,  mal-qaraya bütün xəstəliklərə qarşı vaxtlı-vaxtında peyvənd vurdurmaq üçün mütəxəssislərlə işləyir.

Fərhad Mirzəyev: "Yaxşı ferma olsa, orada mütəxəssis işləsə, gərək heyvandarlıqda mütəxəssis olsun. Gecəyarı da olsa mən baxanda bilirəm ki, heyvanın dərdi nədir".

Lənkəran Zona Baytarlıq Laboratoriyasının müdiri İqtidar Teymurov deyir ki, kiçik fermer təsərrüfatında heyvandarlığa münasibət elə kiçik formadadır. Belə təsərrüfatlarda heyvanlarla münasibətdə elmi əsaslar, demək olar ki, nəzərə alınmır. Yüksək məhsuldar heyvanı saxlayan fermer isə əksinə, müasir texnologiyaya uyğun heyvandarlıq kompleksi tikir və hər cür şəraiti düşünərək işini qurur.

İqtidar Teymurov: "Bir var ki, heyvanlara birtərəfli yem olaraq quru ot verəsən, saman verəsən, bir də var ki, heyvandarlıq haqda geniş məfhumda baxışın olsun, heyvanlara onların genetik potensialı nəzərə alınaraq onlara yem verəsən və məhsul əldə edəsən, bu, tamamilə başqa şeydir".

Xüsusilə də xarici ölkələrdən gətirilmiş həm ətlik, həm də südlük cəhətdən yüksək  potensiallı hesab edilən cins inəklərdən gözlənilən nəticəni almaq üçün onlara qulluq şərtlərinə düzgün riayət edilməlidir.

İqtidar Teymurov: "Xarici dövlətlərdə onlar elmi cəhətdən heyvanları yetişdiriblər. Bizə gələndə isə onlar ancaq quru otla, samanla yedizdirilir, bəziləri heç onları doyunca yemləyə bilmirlər. Nəticədə heyvanlar get-gedə arıqlayırlar və onların doğumdan sonra məhsuldarlığı az olur". 

Bir sözlə, əgər fermer heyvandarlıqda yüksək nəticəyə nail olmaq istəyirsə,  mütəxəssislərin məsləhət və tövsiyələrinə əməl etməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR