"Barselona" FİFA ilə müharibəyə başlamalı deyildi"

"Barselona" FİFA ilə müharibəyə başlamalı deyildi"
20:57 16 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

FİFA prezidenti Yozef Blatter gənc futbolçularla müqavilə imzalmaqda qanun pozuntusunua yol verdiyi iddia edilən "Real" və "Atletiko" klublarının işi ətrafında araşdırma getdiyini bildirib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Blatter "Qızıl top" mükafatı barədə də danışıb:
"Bu qapalı təhqiqatdır. Ona təsir göstərə bilmərəm. Amma "Barselona" FİFA qaydalarını pozuğuna görə sanksiyalarla üzləşibsə, Madrid klubları da analoji hərəkətə görə eyni cür cəzalandırılacaq. Bəlkə də, "Barselona" FİFA ilə müharibəyə başlamalı deyildi. Dialoq qurmaq futbolda işləyən üsuldur".
Ümid edirəm ki, Etika komitəsinin mənimlə əlaqəli araşdırması "Qızıl top"un təqdimetmə mərasiminə qədər başa çatar. Ən azından vəzifə səalhiyyətimdən məhrum olunduğum müddət artırılmaz. Çünki diskvalifikasiya yanvarın 5-də bitir, mərasim isə 11-ə təsadüf edəcək. Bu mükafatı təqdim etməyi çox istərdim. Xoşbəxtlikdən mən səs verməyəcəm. Çünki Ronaldu, Neymar və Messinin arasında seçim etmək çox çətindir. Hər üçü əla futbolçulardır. Messi "Qızıl top"u qazansa, bu, onun 5-ci analoji uğuru olacaq. Argentinalı futbolçu heç kimin çata bilməyəcəyi zirvəyə yüksələcək. O, böyük futbolçudur. Amma Kriştianu və Neymar da layiqli rəqibdir. Deməliyəm ki, "Barsa"nın braziliyalı hücumçusu öz keyfiyyəti ilə məni təəccübləndirdi. Ötən DÇ zamanı Braziliyada olmuşam və bir sıra maraqlı şeyləri yaxından izləmişəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR