“Azəryol” 1/4 finalda!

“Azəryol” 1/4 finalda!
21:04 16 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab matçları keçirilib. Apasport.az saytının məlumatına görə, 1/4 finala gedən yolda Azərbaycan təmsilçisi “Azəryol” da meydana çıxıb.

 

Komandamız Bakıda Finlandiyanın “Salo” klubunu qəbul edib.  Görüşün “Azəryol” üçün asan keçəcəyi gözlənilsə də, tam əksi baş verib. Səfərdə 3:0 hesabı ilə qalib gələn Ziya Rəcəbovun yetirmələri doğma divarlar arasında rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib.

 

Z. Rəcəbovun baş məşqçi postuna gətirilməsindən sonra ardıcıl 5-ci qələbəsini qazanan “Azəryol” mübarizəni 1/4 finalda davam etdirəcək. Onların bu mərhələdə rəqibi “Maribor” (Sloveniya) – “Muşina” (Polşa) cütünün qalibi olacaq. Polşalılar ilk qarşılaşmada 3:1 hesablı qələbə qazandıqlarından cavab matçında da favorit hesab olunurlar.

 

10 dekabr

CEV kuboku

1/8 final, cavab oyunu

 

“Azəryol” (Azərbaycan) - “Salo” (Finlandiya) - 3:2 (21:25; 25:10; 23:25; 25:21; 15:11)

Bakı, “Azərreyl” İdman Bazası

 

İlk oyun: “Salo” (Finlandiya) – “Azəryol” (Azərbaycan) - 0:3 (16:25, 19:25, 23:25)


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR