Səttar Mehbalıyev BHİK-in Pan-Avropa Regional Şurasının vitse-prezidenti seçilib

Səttar Mehbalıyev BHİK-in Pan-Avropa Regional Şurasının vitse-prezidenti seçilib
21:12 16 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Dekabrın 15-də Belçikanın paytaxtı Brüssel şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Pan-Avropa Regional Şurasının 3-cü Baş Assambleyası keçirilib.

Avropa ölkələrinin həmkarlar ittifaqlarının 120-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən iclasda son zamanlar baş vermiş terrorlar və fəlakətlər zamanı həlak olmuş insanlar bir dəqiqəlik sükutla yad edilib.

İclası PARŞ-ın hazırkı prezidenti Mixail Şmakov acaraq təşkilatın fəaliyyəti barədə məruzə ilə çıxış edib. Sonra ötən dövr ərzində görülən işlərin hesabatı dinlənilib, gələn il üçün fəaliyyət proqramı müzakirə edilib.

Tədbirdə 2016-2019-cu illər üçün Sülh, demokratiya və sabitlik, Avropadakı böhranın yeni mərhələləri, əmək bazarı, miqrasiya və qaçqınlar dalğası, artan bərabərsizliklə mübarizə, əmək və sosial hüquqların müdafiəsi, həqiqi sosial dialoq, kollektiv danışıqlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb müvafiq qərarlar qəbul edilib.

Sonda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan-Avropa Regional şurasının yeni tərkibinə seçkilər keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev BHİK-in Pan-Avropa Regional Şurasının vitse-prezidenti seçilib. 



Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/settar-mehbaliyev-bhi-k-in-pan-avropa-regional-surasinin-vitse-prezidenti-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR