Cənubi Koreyada 200-ə yaxın professor plagiatda ittiham olunur

Cənubi Koreyada 200-ə yaxın professor plagiatda ittiham olunur
21:23 16 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Cənubi koreyalı 179 universitet professoru digər müəlliflər tərəfindən yazılmış kitabları dəfələrlə öz adları ilə nəşr etdirməkdə ittiham olunur.
AZƏRTAC Yonhap xəbər agentliyinə istinadla xəbər verir ki, dörd nəşriyyat evinin beş işçisi də professorlarla iş birliyində günahlandırılır. Bu geniş miqyaslı cinayət işini araşdıran Vijeuingbu rayon prokurorluğunun yaydığı məlumatda qeyd edilir ki, professorlar əsasən məşhur olmayan elmi və riyazi kitabları öz adlarına çıxmaqla müəllif hüquqlarını pozublar. Prokurorluq tarixində ilk dəfədir ki, bu sayda universitet professoru kütləvi şəkildə plagiatda ittiham edilir.
Prokurorluq, həmçinin bildirir ki, ittiham olunan alimlərin sayının artacağı gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR