Moldova kiçik ölkələr arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Moldova kiçik ölkələr arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
21:23 16 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Kişineu, 16 dekabr, AZƏRTAC
AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, bu ölkə ilk dəfə kiçik ölkələr arasında basketbol üzrə Avropa çempionatını qəbul edəcək. Kişilərdən ibarət yığmaların turnirinə ev sahibliyi etmək hüququ uğrunda beş ölkə mübarizə aparıb.
Avropa Basketbol Federasiyasının xüsusi komissiyasının üzvləri yekdilliklə Moldovanın namizədliyinə səs veriblər.
Moldova Basketbol Federasiyasının prezidenti Oktavian Vukol deyib: “Heç şübhəsiz, bu, Moldova basketbolunun, eləcə də bütövlükdə milli idmanın uğurudur. Bizim müraciətimiz ən inandırıcı oldu. Biz kiçik, lakin öyünə biləcəyi uğurları olan bir ölkədən - Moldovadan danışdıq”.
Kişineuda yeddi ölkənin – Azərbaycan, Andorra, Hibraltar, İslandiya, Kipr, Malta və San-Marino yığmaları mübarizə aparacaq. Püşkatma yanvarın 22-də Almaniyanın Frayzinq şəhərində keçiriləcək
Avropa çempionatının matçları iyul ayında Çoresku kommunasında, “Futzal-Arena”da oynanılacaq. Əvvəllər burada futzal üzrə dünya və Avropa çempionatları keçirilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moldova_kichik_olkeler_arasinda_basketbol_uzre_Avropa_chempionatina_ev_sahibliyi_edecek-911900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR