Adil Şükürov: "Yeni futbolçu barədə düşünmürük"

Adil Şükürov: "Yeni futbolçu barədə düşünmürük"
21:27 16 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Adil Şükürov "Qəbələ" ilə oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi bunları deyib: 

“Biz çempionatın lider komandalarından birinə qarşı oynadıq. “Qəbələ” yarışın güclü iştirakçısıdı. “Qəbələ”nin oyunlarını izləmişdik. Düzdü, rəqibimiz son oyunlarda xallar itirib, bütün bunlara baxmayaraq, “Qəbələ”nin gücü göz önündədi. Futbolçularımız oyun ərzində verilən tapşırıqları yerinə yetirdilər və qələbə qazandıq. “Qəbələ” oyunboyu hücum etməyi sevir, biz isə ikinci hissədə cinahları işə saldıq. Bizim 30 nəfərdən ibarət futbolçu heyətimiz var, daima dəyişikliklər edirik. Odu ki, hələ yeni futbolçu barədə düşünmürük. Amma istənilən komandaya daha güclü oynaması üçün daha güclü oyunçular lazımdı”.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-adil-ukurov-quotyeni-futbolcu-bard-duunmurukquot-t46192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR