“Günəşli”də yanğın hələ söndürülməyib (VİDEO)

“Günəşli”də yanğın hələ söndürülməyib  (VİDEO)
21:46 16 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağında yanğını söndürmək hələ də mümkün olmayıb.

ANS TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyininin axtarış xilasetmə helikopteri “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yanğının baş verdiyi platformaya yarım saata çatdı.

Hadisə yerinə yaxınlaşdıqca havada qatı duman bizi müşayiət edirdi. Bu duman söndürülmə işlərinin getdiyi platformadan qalxırdı.

Yanğının lokallaşdırılması üçün 3 yanğınsöndürmə gəmisi iş başındadır. Yanan quyuları söndürmək üçün gəmilərdən yüksək təyziqli su buraxılır. Yanğının miqyası nisbətən xeyli azalıb.

Söndürülmə işlərilə yanaşı itkin düşən neftçilərin axtarışı da davam edir. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Elmar Ağasıyevin sözlərinə görə, axtarışa mane olan yeganə faktor hava şəraitidir:

“Məhz havanın küləkli olması axtarış prosesinə maneə olur. Külək onları uzaq bir əraziyə aparıb. Bu baxımından itkin düşənlər tapılmır. Amma bütün bunlara baxmayaraq axtarışlar hər gün davam etdirilir”.

Hava ilə əlaqədar platformaya enmək mümkün olmadığından biz FHN-in Səngəçaldakı aerodromuna qayıtmalı olduq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR