Aktrisa "Qardaşlar" serialını yarımçıq tərk etdi

Aktrisa "Qardaşlar" serialını yarımçıq tərk etdi
21:51 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva “Qardaşlar” serialındakı fəaliyyətinə son qoyub.

Axşam.az-ın musavat.com-a istinadən mlumatına görə, aktrisa bildirib ki, serialdan öz istəyi ilə uzaqlaşıb:

“Qardaşlar” serialından çıxmışam. Rolum bitməmişdi, ancaq müəyyən səbəblərə görə serialdan ayrıldım. Hazırda səhhətimlə məşğulam. Başımda ağrılar olsa da, səhhətim normaldır. Türkiyəyə müalicəyə gedəcəyəm”.

Qeyd edək ki, Naibə Allahverdiyeva serialda Natella obrazını canlandırırdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR