Terrora qarşı İslam ittifaqı, yoxsa nifaqı?

Terrora qarşı İslam ittifaqı, yoxsa nifaqı?
22:08 16 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Məftun Salmanov – Trend:

Suriya böhranı daha bir hərbi ittifaqın yaranmasına gətirib çıxardı. ABŞ-ın başçılıq etdiyi 65 ölkədən ibarət koalisiya sırasına “Terrora qarşı İslam ittifaqı” da əlavə olundu. Bu ittifaqın üzvlərinin sayı isə hələlik 34 ölkədən ibarətdir. İndoneziya başda olmaqla 10-dan artıq dövlət isə ittifaqa dəstək verib.

İttifaqa rəhbərlik edən Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin Salman məqsədlərinin bütün terror təşkilatlarına qarşı mübarizə olduğunu açıqlasa da, ittifaqın üzv ölkələrinin tərkibi və onun yaranma tarixi bir çox şeydən xəbər verir.

Əvvəla, ittifaqa İraq və ən önəmlisi, İran daxil deyil. İransız isə hər hansı İslam ittifaqından danışmaq olmaz. Mərkəzi ər-Riyadda yerləşən birliyə daxil olan dövlətlərin əksəriyyətində sünni əhali üstünlük təşkil edir. Buna görə də ittifaqı İrana qarşı yaradılmış “sünni birliyi” kimi təqdim edənlər var.

Lakin nəzərə almaq lazımdır ki, İslam ölkələrinin əksəriyyətində sünni məzhəbi hakimdir və yalnız İran şiə dövlətidir. Buna görə də istər-istəməz “sünni ittifaqı” yaranır. Bununla belə, ittifaqın İranın maraqlarına xidmət etməyəcəyini əminliklə söyləmək olar.

Ən azından, İranla bu blokun üzvləri arasında bir sıra təşkilatları terror təşkilatı kimi tanıyıb-tanımamaq baxımından fikirayrılıqları var. Məsələn, rəsmi Tehran “Hizbullah”ı terror təşkilatı kimi tanımasa da, bəzi Körfəz ölkələri onu terror təşkilatı kimi qəbul edir.

Başqa bir misal. Səudiyyə Ərəbistanının başçılıq etdiyi daha bir koalisiya Yəməndə İranın dəstəklədiyi husiləri üsyançı adlandıraraq onlara hava zərbələri endirir.

Digər maraqlı bir məsələ: İttifaq Türkiyənin terror təşkilatı kimi tanıdığı PKK-ya və onun Suriyadakı qanadına qarşı hərbi əməliyyat keçirəcəkmi?

Ümumiyyətlə, Salman bin Əbdüləziz əs-Səud Səudiyyə Ərəbistanı Kralı seçildikdən sonra məmurların “cavanlaşması” siyasətini yürüdür. Bunu regionda baş verən proseslər diktə edirdi. Gənc Məhəmməd bin Salmanın müdafiə naziri təyin edilməsi də təsadüfi deyil. Artıq bölgədə hərbi yolla da olsa, maraqları təmin etmək lazımdır.

ABŞ ittifaqa dəstək verib, Rusiya isə susur. Ağ Ev dəfələrlə Körfəz ölkələrini, o cümlədən Türkiyəni İŞİD-lə fəal mübarizə aparmağa çağırmışdı. Üstəlik, ABŞ Prezidenti Barak Obama daha əvvəl bildirmişdi ki, ölkəsi İraq və Əfqanıstan hərbi əməliyyatlarından nəticə çıxarıb və daha bir ölkəyə quru qoşunları çıxarmaq niyyətində deyil.

Bu səbəbdən Yaxın Şərq regionu üçün əsas təhlükə mənbələrindən biri olan terrorçuluqla fəal mübarizəni bölgə ölkələri aparmalıdır. Obamanın açıqlaması və ittifaqın yaradılması Suriya və İraqdakı terror qruplaşmalarına qarşı qurudan hərbi əməliyyatların yalnız bölgə ölkələrinin iştirakı ilə aparılacağına işarədir.

Regionda söz sahibi olan Türkiyə və Səudiyyə Ərəbistanı Suriya Prezidenti Bəşşar Əsədin getməsini istəyir. İranın və Rusiyanın buna qarşı çıxması və sonuncunun aktiv hərbi yola əl atması Ankara və ər-Riyadın planlarını alt-üst edir.

Məhəmməd bin Salman yalnız İraq və Suriyanın qanuni hökumətləri ilə razılaşdırıldıqdan sonra terror təşkilatlarına qarşı mübarizə aparılacağını qeyd edib. Çətin ki, İranyönümlü olan İraq hakimiyyəti belə bir razılıq versin. Türkiyənin Mosula qoşunlarını göndərməsi ilə bağlı Bağdad-Ankara arasında yaranmış qalmaqal buna bariz nümunədir.

Ancaq Suriyada bunu Əsəddən icazə almadan etmək olar. İttifaq İŞİD-ə qarşı mübarizə apararaq "Azad Suriya Ordusu"nun irəliləməsinə nail ola bilər. Bu, ittifaqa qoşulmuş Türkiyənin də marağındadır. İttifaq, ilk növbədə, Əfqanıstan və Pakistanda daha aktiv fəaliyyətdə ola bilər. Birliyin irimiqyaslı əməliyyatlar aparacağı inandırıcı deyil, o, lokal əməliyyatlarla kifayətlənəcək.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ankaranın ittifaqa qoşulmasını şərh edərkən bildirib ki, birlik İslam ölkələrinin terrorun əleyhinə olduğunu göstərir. Türkiyənin Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya qoşulması ittifaqın o qədər də təsiredici mexanizmlərinin olmadığını göstərir. Çünki Türkiyənin regionda öz milli maraqları var və bu maraqların ittifaqa üzv olan Misirlə birlikdə həyata keçirilməsi çətin məsələdir.

İttifaqın hərbi olması bölgədə silahlanmanı artıracaq. Bu isə ABŞ-ın xeyrinədir. ABŞ Yaxın Şərqdə silah satışında Rusiyanın imkanlarını azaldacaq. Çünki bu ittifaq daha çox ABŞ-ın maraqlarına xidmət edir.

Hələlik ittifaq terrorçuluqla necə mübarizə aparacağını açıqlamayıb. Ortada yalnız kağız üzərində ittifaq var, konkret hədəflər və planlar yoxdur. İstənilən halda regionu təhdid edən terrorçuluqla mübarizədə ittifaqın yaradılmasını alqışlamaq lazımdır. Lakin bu ittifaq hərbi ilə yanaşı, başqa yönümlü də olmalıdır.

Terrorçuluğun kökünü yalnız hərbi yolla kəsmək mümkün deyil. İslam dövlətləri bir-birilərinə qarşı münasibətlərini yenidən nəzərdən keçirməli, məzhəb davasını İslamdan üstün tutmamalıdırlar. Digər tərəfdən, İslam coğrafiyasında ağır sosial problemlər həll edilməli, elmin inkişafı prioritet seçilməlidir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Deutsche Bank" maliyyə böhranına səbəb ola biləcək amilləri sadalayıb

19 Sentyabr 2017 21:17

Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər

19 Sentyabr 2017 21:17

İranın "Nəfəs" filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

19 Sentyabr 2017 21:12

Salyanda yol qəzası baş verib, 4 nəfər ölüb

19 Sentyabr 2017 21:12

Dembele əməliyyat olundu

19 Sentyabr 2017 21:12

Elmar Məmmədyarov: "Azərbaycan Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir"

19 Sentyabr 2017 21:07

Elmar Məmmədyarov -

19 Sentyabr 2017 21:04

İnterpol dələduzluqda təqsirləndirilən azərbaycanlını axtarır

19 Sentyabr 2017 21:03

İranın "Nəfəs" filmi 90-cı Oscar mükafatlarına namizəd olub

19 Sentyabr 2017 21:02

Prezident BMT-də müzakirələrin açılışına qatıldı

19 Sentyabr 2017 20:59

ABŞ BMT-də islahatlar aparılmasını istəyir -

19 Sentyabr 2017 20:58

"Sumqayıt" oyunçusu barəsində qərar - HƏBS

19 Sentyabr 2017 20:49

“Bu, böyük müharibənin başlanğıcı olacaq” - DƏHŞƏTLİ XƏBƏRDARLIQ

19 Sentyabr 2017 20:43

Prezident İlham Əliyev BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak edib

19 Sentyabr 2017 20:42

Göygöldə qəza: xəsarət alan var

19 Sentyabr 2017 20:39

Paytaxtın bu ərazilərində qaz təchizatında məhdudiyyət olacaq -

19 Sentyabr 2017 20:38

Meksikalı heykəltəraş Xorxe Marinin sərgisi başa çatıb

19 Sentyabr 2017 20:32

Beynəlxalq Muğam Mərkəzində Milli Musiqi Günü qeyd olunub

19 Sentyabr 2017 20:30

Gürcüstanda polis azərbaycanlıların yığcam yaşadıqları qəsəbədə xüsusi əməliyyat keçirir

19 Sentyabr 2017 20:27

Rusiya əhalisinin 96%-i ölkənin iqtisadi siyasətinin dəyişdirilməsi zəruriyyətini bildirib

19 Sentyabr 2017 20:22

ABŞ prezidenti: “Bu, bizim üçün utanc mənbəyidir”

19 Sentyabr 2017 20:18

ABŞ prezidenti -

19 Sentyabr 2017 20:16

Prezident İlham Əliyev və xanımı müzakirələrin açılış mərasimində iştirak ediblər

19 Sentyabr 2017 20:14

Moldova hökuməti ölkə prezidentindən Konstitusiya Məhkəməsinə şikayət edəcək

19 Sentyabr 2017 20:12

Yeni silahın yaratdığı QORXU, müharibənin OLMAMASI ÜÇÜN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

19 Sentyabr 2017 20:03

Bakıda və bölgələrdə bal yarmarkası keçiriləcək

19 Sentyabr 2017 20:02

VİDEO: Günəş enerjisi ilə yaşayan uşaqlar -

19 Sentyabr 2017 20:00

Azərikimya İB-də Neftçilər gününə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib

19 Sentyabr 2017 19:57

"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb”

19 Sentyabr 2017 19:53

Azərbaycanda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

19 Sentyabr 2017 19:52

Bu azərbaycanlı bütün dünyada axtarılır

19 Sentyabr 2017 19:50

Yer kürəsinin tarixində ən yüksək temperatur müəyyən edildi

19 Sentyabr 2017 19:48

Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

19 Sentyabr 2017 19:39

VİDEO: Narkotik vasitə və spirtli içki verib Allaha qurban etdilər -

19 Sentyabr 2017 19:38

Biləsuvarda fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var

19 Sentyabr 2017 19:37

Tramp: “Bu ölkəni məhv etməkdən başqa seçim yoxdur”

19 Sentyabr 2017 19:33

“Neft Daşları”nda yeni quyu istismara verilib

19 Sentyabr 2017 19:30

Tramp: "ABŞ təhlükə yaranacağı təqdirdə, KXDR-i tamamilə məhv etmək məcburiyyətində qalacaq"

19 Sentyabr 2017 19:22

"İran sülhü pozan davranışları davam etdirir" - Tramp

19 Sentyabr 2017 19:19

12 yaşından evlənənə qədər hər gün eyni şeyi təkrarladı -

19 Sentyabr 2017 19:16

Bakıda xəstəxanada insident: mühafizəçinin köynəyini cırdılar

19 Sentyabr 2017 19:14

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

19 Sentyabr 2017 19:08

Natavan Dado ilə reklama üçün evlənib? - AÇIQLAMA

19 Sentyabr 2017 18:59

Bakı-Supsa kəmərindən neft oğurlamaq istədilər

19 Sentyabr 2017 18:58

Gənc Tamaşaçılar Teatrı oktyabeda beynəlxalq festivalda iştirak edəcək

19 Sentyabr 2017 18:57

Prezident ailəsi ilə bağlı heç kimin bilmədiyi 7 MARAQLI MƏQAM - FOTO

19 Sentyabr 2017 18:48

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

19 Sentyabr 2017 18:42

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

19 Sentyabr 2017 18:36

Azərbaycanın neft sənayesi işçiləri mükafatlandırıldı

19 Sentyabr 2017 18:31

Rusiya təlimlərdə raketi səhv ünvana atdı

19 Sentyabr 2017 18:30