Mənzil satanlar vergini necə verəcəklər? - VİDEO

Mənzil satanlar vergini necə verəcəklər? - VİDEO
22:17 16 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Vergi məcəlləsinə edilmiş dəyişikliyə əsasən, daşınmaz əmlak satışından sadələşdirilmiş vergi tutulacaq. Söhbət yaşadığı evi 5 ildən tez satanlardan gedir. Bəs həmin şəxslər vergini harada və necə ödəyəcəklər? Onların hansı öhdəlikləri aradan qalxıb?

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, məcəlləyə edilmiş dəyişikliklə ilk növbədə vergi ödəmə prosedurunu sadələşdirilir. Əvvəllər bu sahədə bir sıra çətinliklər yaranırdı. İndi isə gəlir və xərcləri hesablamağa ehtiyac yoxdur. Vergi evin ölçüləri uyğun hesablanacaq.

Bunun üçün Bakı şəhərində 6 zona əmsalı müəyyən edilib. Mərkəzdən kənarlara doğru getdikcə əmsal və bilavasitə verginin məbləği azalır. Məsələn, 1-ci zonada- "İçərişəhər" metro stansiyasının yaxınlığında yerləşən və sahəsi 100 kvadratmetr olan mənzil üçün hər kvadratı 15 manata və həmin zonanın əmsalına, yəni 4-ə vurulmaqla vergi hesablanır. Beləliklə, bu evin satışından 6 min manat vergi veriləcək.

Bəs bu vergi harada və necə ödənilməlidir? Dəyişiklik yanvarın 1-dən qüvvəyə minir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR