“Zirə” klubu “Qəbələ”ni əliboş yola saldı

“Zirə” klubu “Qəbələ”ni əliboş yola saldı
22:38 16 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Elşad Qəzvini, AZƏRTAC
Topaz Premyer Liqasının XVII turu çərçivəsində günün ikinci matçı oynanılıb.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşündə liderlər qrupunda yer alan “Qəbələ” çempionatın debütantı “Zirə”nin qonağı olub. Son oyunlarda istədiyi nəticələri qazana bilməyən Roman Qriqorçukun yetirmələri bu dəfə də büdrəyiblər. Nicat Qurbanov 24-ci dəqiqədə “Zirə”ni hesabda irəli çıxarıb. Bu, oyunda vurulan yeganə qol olub.
Beləliklə, bu qələbə sayəsində debütant xallarının sayını 29-a çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Hazırda “Zirə” komandası ilə lider “Qarabağ” arasında xal fərqi səkkizə enib. “Qəbələ” isə 27 xalla dördüncü pilləyə yuvarlanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zire_klubu_Qebeleni_elibos_yola_saldi-911908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR