Azərbaycanda əmanətlərlə bağlı vacib yenilik - VİDEO

Azərbaycanda əmanətlərlə bağlı vacib yenilik - VİDEO
22:47 16 Dekabr 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bank əmanətlərə dair təkliflər hazırlayır. Burada banklara əmanətlər yerləşdirən vətəndaşlar üçün bir sıra önəmli məqamlar var. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, əgər təkliflər qəbul edilsə, əmanətlərin həm faizi, həm də siğortalanan məbləği artırıla bilər.

Mərkəzi Bank 1 ay ərzində əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsinə dair təkliflərini hökumətə təqdim edəcək. Əmanətlərin sığortalanması zamanı faiz və məbləğ məhdudiyyətinin aradan qaldırılması nəzərdə tutulur. Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Həm faizlərin, həm də sığortalanan məbləğinin artırılması insanların banklara daha çox əmanət yerləşdirilməsinə stimul verə bilər. İqtisadçı Vüqar Bayramovun fikrincə, sığortalanan məbləğin artırılması və mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. Çünki hazırki qanunvericiliyə görə əmanətlərin illik faiz dərəcəsi 12%-dəkdir, sığortalanan məbləğ isə cəmi 30 min manatdır.

Qərbi Avropa ölkələrində və ABŞ-da əmanətlərin sığortalanan məbləği ilə bağlı limit yoxdur. Yəni əmanət bütövlükdə sığortalanır. Bununla belə iqtisadçılar Azərbaycan üçün Mərkəzi və Şərgi Avropa ölkələrindki modeli daha uyğun hesab edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR