Özü sağ olsa da, qəbri də var, baş daşı da - VİDEO

Özü sağ olsa da, qəbri də var, baş daşı da - VİDEO
23:17 16 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafada yaşayan 79 yaşlı Qurban Rəhimov sağ ikən qəbrini öz qazıb. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, məzarını dəfn qaydalarına uyğun hazırlayan rayon sakini anası ilə birgə şəklindən baş daşı da düzəltdirib.

Özü sağ olsa da, qəbri də var, baş daşı da. Ağstafanın Eynallı kəndində yaşayan 79 yaşlı Qurban Rəhimov öz qəbrini özü qazıb. Anası ilə birgə şəkilindən baş daşı da hazırlatdırıb.

Qurban Rəhimov digərlərindən fərqlənərək öz qəbrini hələ sağ ikən qazıb. Onun sözlərinə görə, 3 gün müddətinə qazıb hazırladığı qəbir daşına 300 manatdan artıq xərc çəkib. Qurban Rəhimov öldüyü zaman övladlarının əziyyət çəkməməsi üçün bu addımı atdığını bildirir.

5 övladı, 20-dən artıq nəvə-nəticəsi olan Ağstafa sakini günün çox hissəsini qəbirstanlıqda keçirir və sağ ikən öz qəbrini görməyin maraqlı olduğunu deyir. Onun öz qəbrini qazmasına ailəsi etiraz etsə də heç bir nəticə verməyib. Kənd təsərrüfatı işləri məşğul olan Eynallı sakini bəzən şeir yazır. Həmçinin, kənddəki məzarlıqda dəfn edilən şəxslərin siyahasını da hazırlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR