Türkiyə Fars körfəzində hərbi baza yaradır

Türkiyə Fars körfəzində hərbi baza yaradır
23:47 16 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Fars körfəzi ölkələrindən olan Qətərdə hərbi baza yaradacaq. Lent.az "Reuters"ə istinadən xəbər verir ki, Türkiyənin Qətərdəki səfiri Əhməd Demirok bildirib ki, müxtəlif təyinatlı bazada ümumilikdə 3 min hərbçi qalacaq. Burada hərbi dəniz və hava qüvvələri ilə bağlı xüsusi təyinatlı birliklər də xidmət keçəcək.

Bildirilir ki, iki ölkə arasında yüksək səviyyəli hərbi əməkdaşlıq 2014-cü ildə imzalanan sənədlə daha da möhkəmlənib və bu hərbi bazada 1 il əvvəl əldə edilmiş razılaşmanın əsasında formalaşdırılır
 
Qeyd edək ki, hazırda Qətərdə Türkiyənin 100 hərbçisi var. Onlar qətərli həmkarlarına təlim keçirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR