FHN-in yaranmasından 10 il keçir (VİDEO)

FHN-in yaranmasından 10 il keçir (VİDEO)
00:06 17 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün çətin peşə sahiblərinin - Fövqəladə Hallar Nazirliyinin 10 illik yubileyidir.

ANS TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin yaranmasının 10 illiyinə həsr olunan tədbir səhər saatlarında nazirlik əməkdaşlarının Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etməklə başladı.

Daha sonra Fövqəladə Hallar Nazirliyində genişləndirilmiş kollegiya iclası keçirildi. Tədbir “Günəşli” yatağında baş verən qəzada həlak olanların xatirəsini yad etməklə başladı.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək ölkə başçısının ayırdığı vəsaitlər hesabına çoxlu sayda yanğınsöndürən maşınlar, helikopterlər, hətta bu gün digər ölkələrin parklarında olmayan təyyarə alınıb. Eyni zamanda Tikintidə Təhlükəsizliyə Nəzarət, Su Ehtiyatlarının İdarə Olunması Agentliyi və digər agentliklər yaradılıb.

Nazirin sözlərinə görə, bu qurumlar əvvəllər ayrı-ayrılıqda fəaliyyətlərini effektli qura bilmirdisə, nazirliyin tərkibində effektli fəaliyyət göstərməyə başlayıb.

Tədbirdə prezident İlham Əliyevin təltif etdiyi nazirlik əməkdaşlarına orden və medallar, həmçinin diplomlar təqdim edildi.

Sonda isə ölkə başçısına müraciət qəbul olundu.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR