ANS-in efirində yenilik

ANS-in efirində yenilik
00:51 17 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Yaxın günlərdə ANS TV-nin efirində yeni veriliş yayımlanacaq.

ANS PRESS-in məlumatına görə, “Bizim Kino” adlanan veriliş əsasən kino tariximizlə bağlıdır.

Sevə-sevə dəfələrlə baxdıgımız milli filmlərimizin yaranmasi tarixi, bu tarixdə zəhməti keçmiş kino xadimlərimizin omur yolu “Bizim Kino”da səyfələnəcək. Verlişin qonaqları ilə filmlərin həm təhlili aparılır, həm qonağlar maraqlı xatirələrini bölüşür, həm də çəkiliş boyu yadda qalan marağlı əhvalatlardan söhbət açılır. Verlişin aparıcısı tanınmış kino tənqidçisi professor Aydın Dadaşovdur.



Verilişin ilk qonaqları kinorejissor Şeyx Əbdül Mahmudbəyov və telejurnalist Yeganə Kərimzadə olacaq.

Kinoşünası, kinodramaturq, rejissor, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşov 1952-ci il martın 1-də də Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit, Ümumrusiya Teatr Akademiyasının dram sənəti fakültələrini, Ali rejissorluq və ssenari kurslarını bitirib. İnformasiya gerçəkliyi barədə namizədlik, mövzu, struktur, üslub, janr problemlərindən doktorluq dissertasiyası müdafiə edib. Dramaturgiya, ssenari yaradıcılığı və rejissorluqla bağlı fənnləri tədris edir. Aydın Dadaşov bir çox kitabların müəllifidir.


Yeganə Kərimzadə


Şeyx Əbdül Mahmudbəyov







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR