Sumqayıtda şahmat turnirinin ilk turunun qalibləri mükafatlandırılıb

01:28 17 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 17 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Sumqayıtda “Şah və mat” layihəsi çərçivəsində keçirilən şahmat turnirinin ilk turuna yekun vurulub. Yarış Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi şahmata marağın artırılması və 2016-cı ildə Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi haqqında gənclərin maarifləndirilməsidir.
Olimpiya sistemi üzrə 34 iştirakçı arasında keçirilən və 4 saata yaxın davam edən gərgin mübarizədən sonra Orxan Sərxanlı birinci, Saleh Musayev ikinci, Süleyman Alişanov isə üçüncü yerlərə layiq görülüblər.
Sonda qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_sahmat_turnirinin_ilk_turunun_qalibleri_mukafatlandirilib-911921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR