Rəşad Sadıqov şaiyələrə aydınlıq gətirdi (VİDEO)

Rəşad Sadıqov şaiyələrə aydınlıq gətirdi (VİDEO)
01:31 17 Dekabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Son günlər Rəşad Sadıqovun milli karyerasını başa vuracağı haqda gəzən şaiyələr səbəbsiz deyilmiş.

Milli komandanın kapitanı həqiqətən bu barədə ciddi düşünürmüş. Futbolçu şaiyələrin əsaslı olduğunu bildirərək, milli komandadakı karyerasına son qoymaq istəyində olduğunu təstiqləyib.

Ancaq yığmanın xorvatiyalı baş məşqçisi Robert Prosineçki Rəşadı bu fikirdən daşınma]a və yığma komandanın hələ də ona ehtiyacı olduğunu bildirib.

“Milli karyeramı bitirməyi düşünürdüm ki, məndən yaxşısı varsa, o oynasın. Çünki 9 milyon xalqın bir yığma komandası var. Amma yığmanın xorvatiyalı baş məşqçisi Robert Prosineçki məni inadırdı ki, millinin hələ sənə ehtiyacı var, komandaya xeyrin dəyə bilər. Biz çox istəyirik ki, bizlə olasan. Ona bildirdim ki, nə qədər ki, mən lazımamsa, burdayam”, - deyə Rəşad Sadıqov bildirib.

Rəşad Sadıqov yığma komandamızda 100 oyun keçirən yeganə futbolçudur.

O, bu şərəfə oktyabrda İtaliya ilə Milli Olimpiya Stadionunda keçirilən matçda layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR