​Vladimir Putin jurnalistlərə 11-ci dəfə "illik hesabat" verəcək

​Vladimir Putin jurnalistlərə 11-ci dəfə "illik hesabat" verəcək
01:57 17 Dekabr 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin cümə axşamı jurnalistləri 11-ci dəfə "böyük" mətbuat konfransına toplayacaq.
"Report" xəbər verir ki, dövlət başçısının "illik hesabatı" Beynəlxalq Ticarət Mərkəzində keçiriləcək və vaxt məhdudiyyəti olmayacaq.
Bu il mətbuat konfransına rekord sayda - 1390 KİV nümayəndəsi akkreditə olunub.
Putinin 2001-ci ildə keçirilən birinci mətbuat konfransına 500-dən çox, 2002 və 2003-cü illərdə 700-dən çox, 2004-cü ildə təqribən 750, 2007-ci ildə 1132, 2008-ci ildə 1364, 2013-cü ildə 1327, 2014-cü ildə isə 1259 jurnalist akkreditə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/region/vladimir-putin-jurnalistlere-11-ci-defe-illik-hesabat-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR