​ABŞ Türkiyəni qoşunlarını İraqdan çıxarmağa çağırıb

​ABŞ Türkiyəni qoşunlarını İraqdan çıxarmağa çağırıb
02:37 17 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Türkiyə hakimiyyətini qoşunlarını İraqdan çıxarmağa çağırıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, İraqın baş naziri Heydər əl-Abadi ilə söhbət zamanı bildirib.
Baydenin sözlərinə görə, Vaşinqton İraqın suverenliyinə hörmətlə yanaşır və Ankaranı da buna dəvət edir. Bayden və Əl-Abadi Ankaranın artıq qoşunları çıxarmağa başlaması fikri ilə razılaşıblar.
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin öz hərbçilərini qonşu ölkə ərazisindən çıxarmayacağını bəyan etmişdi.
Dekabrın əvvəlində Ankara İraqın şimalına qoşun yeridib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/abs-turkiyeni-qosunlarini-i-raqdan-cixarmaga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR