Roman Qriqorçuk: "Bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər"

"Zirə" - "Qəbələ" (1:0) oyunundan sonra qonaqların baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Ukraynalı mütəxəssisin fikirlərini sizinlə bölüşürük:

"Oyundan öncə Sergey Zenyovla danışmışdıq, zədədən yeni qayıdıb. Erkən əvəzləməkdə məqsəd Zenyovu zədədən qorumaq idi. Mən futbolçulara təşəkkür edirəm, oyunu isə qarşıdakı günlərdə təhlil edəcəyik. İlk hissədə bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər, ikinci hissədə isə belə hal yaşanmadı”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR