Qurban Qurbanov: "Futbolçular çox yükləniblər"

"Qarabağ" - "Sumqayıt" (2:2) oyunundan sonra ev sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Qurbanovun mətbuat konfransında səsləndirdiyi fikirləri sizinlə bölüşürük:

"Düşünürəm ki, çox çətin, ağır bir oyun oldu. Öz oyun üslubu ilə fərqlənən komandaya qarşı çıxış etdik. Son vaxtlar nə biz bu qədər qol epizodu yaratmışdıq, nə də rəqib bu qədər qol epizoduna imkan vermişdi. Bəlkə də oyunun ədalətli nəticəsi bərabərlik idi. Futbolçudan istədiyini ala bilməyəndə onun üzərinə getmək əvəzinə soyuqqanlılıq lazım olur. Çünki futbolçular çox yükləniblər. Mən əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər. Yaxşı komanda ilə oyunda xal itirdik. Mən rəqib komandaya və baş məşqçi Samir Abasova uğurlar arzu edirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR