UEFA “İnter”-ə xəbərdarlıq etdi

UEFA “İnter”-ə xəbərdarlıq etdi
03:54 17 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

UEFA “İnter”ə xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Premyer Liqa təmsilçisindən maddi vəziyyətini düzəltməsini və UEFA-nın maliyyə “fair-pley” qaydaları çərçivəsində hərəkət etməsini tələb edib.

 

Artıq klub rəhbərliyi qarşısında şərt qoyulub ki, 30 sentyabr 2015-ci ilə qədər olan bütün borcların 31 yanvar 2016-cı ilə qədər ödənməsi haqqında sənədlər quruma təqdim olunsun.

 

Əks halda ötən mövsüm ölkəmizi Avroliqada təmsil etmiş və iki mərhələ adlamağı bacarmış komanda 3 il müddətinə Avrokuboklardan məhrum edilə bilər. Artıq “bankirlər” 50 min avro məbləğində cərimə də olunublar.

 

Qeyd edək ki, anoloji xəbərdarlıq bir sıra klublara da edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR