​Davudoğlu: "Bizim Başikada olmağımız İraqın suverenliyi və ərazi bütövlüyü çərçivəsindədir"

​Davudoğlu: "Bizim Başikada olmağımız İraqın suverenliyi və ərazi bütövlüyü çərçivəsindədir"
04:27 17 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ "Bizim Başikada olmağımız İraqın suverenliyi və ərazi bütövlüyü çərçivəsindədir və terror təhlükələri ilə mübarizə mahiyyəti daşıyır".
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Ankaranın Esenboğa Hava Limanında Brüsselə səfər öncəsi keçirdiyi mətbuat konfransında Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
Baş nazir mövzunu bu sözlərlə davam etdirib:
"Bizim Başikada olmağımız İraqın suverenliyi və ərazi bütövlüyü çərçivəsindədir və terror təhlükələri ilə mübarizə mahiyyəti daşıyır. Qanuni İraq hökuməti qanuni idarəetmə orqanları yaradıncaya qədər, bizim burada olmağımız zəruridir. Türkiyə üçün təhlükə mənbəyi oradan başlayır, biz mümkün risklərin qarşısını alırıq. Hərbi mövcudluq da, bu siyasətin bir hissəsidir. Bizim Silahlı Qüvvələrimiz tam olaraq real vəziyyətə uyğun hərəkət etmək hüququna malikdirlər".

Xəbərin orijinal ünvanı: http://report.az/region/davudoglu-bizim-basikada-olmagimiz-i-raqin-suverenliyi-ve-erazi-butovluyu-cercivesindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR