​Bakının "İnter" klubu UEFA miqyaslı turnirlərdən kənarlaşdırıla bilər

​Bakının "İnter" klubu UEFA miqyaslı turnirlərdən kənarlaşdırıla bilər
04:57 17 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakının "İnter" klubu qarşıdakı 3 mövsümdə UEFA miqyaslı turnirlərdən kənarlaşdırıla bilər.
"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa futbol qurumunun Klublara Maliyyə Nəzarəti Orqanı qərar qəbul edib.
Qərarda klubdan 30 sentyabr 2015-ci ilədək olan təxirəsalınmaz kreditor borclarını ödədiyini 31 yanvar 2016-cı il tarixinədək sübut etməsi istənilib. "İnter" bunu sübuta yetirə bilməsə, 2016-2017, 2017-2018 və 2018-2019 mövsümlərində Avrokuboklarda iştirakdan kənarda qalacaq. "Bankirlər" habelə 50 min avro cərimələnib.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR