Dənizdə ki gəmi toqquşdu: 6 nəfər itkin düşdü

Dənizdə ki gəmi toqquşdu: 6 nəfər itkin düşdü
05:59 17 Dekabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Sinqapur boğazında yük gəmisi ilə tankerin toqquşması nəticəsində 6 nəfər itkin düşüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, daha 6 dənizçi xəstəxanaya yerləşdirilib.

 

İnsident İndoneziyanın ərazi sularında, Batam adasından 11 km şimal-qərbdə baş verib.

 

Antiqua və Barbudanın bayrağı altında üzən yük gəmisinə ciddi ziyan dəyib. Kayman adalarında qeydə alınmış, kimyəvi maddələr daşıyan tanker isə cüzi zədələnib.  

 

Hadisə yerində xilasedici əməliyyat davam edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR