​Suriya həftə ərzində terrorçuların bir neçə idarəetmə məntəqəsini məhv edib

​Suriya həftə ərzində terrorçuların bir neçə idarəetmə məntəqəsini məhv edib
06:32 17 Dekabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələri həftə ərzində ölkənin 7 əyalətində 563 hədəfə 200-ə yaxın uçuş edib, müxtəlif bölgələrdə terrorçuların bir neçə idarəetmə məntəqəsini məhv edib və Hələbdə iki hərbi texnika karvanını sıradan çıxarıblar.
"Report" xəbər verir ki, bu barədə Suriya ordusunun briqada generalı Əli Mayhub məlumat verib.
"Suriya ordusunun HHQ-sı 2015-ci il 10-16 dekabr tarixlərində Dəməşq, Homs, Hama, İdlib, Hələb, Latakiya və Deyr-əz-Zor əyalətlərində terror təşkilatlarının 563 obyektinə 193 uçuş edib", - deyə o jurnalistlərə bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/suriya-hefte-erzinde-terrorcularin-bir-nece-idareetme-menteqesini-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR