​ABŞ-ın Maliyyə Nazirliyi: "Türkiyə İŞİD-dən neft alışı ilə məşğul olmur"

​ABŞ-ın Maliyyə Nazirliyi: "Türkiyə İŞİD-dən neft alışı ilə məşğul olmur"
06:57 17 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Amerika hökuməti Türkiyə hakimiyyətinin "İraq-Şam İslam Dövləti" terror qruplaşmasından (İŞİD) neft tədarükü ilə məşğul olmasına dair məlumata malik deyil.
"Report" xəbər verir ki, bunu dekabrın 16-da Ağ evdə jurnalistlər üçün keçirilən brifinqdə ABŞ maliyyə naziri müavininin səlahiyyətlərinin müvəqqəti icraçısı Adam Şubin bildirib.
Ondan Rusiya rəhbərliyinin Türkiyənin İŞİD-dən neft almasına dair səsləndirdiyi fikirlərə münasibət bildirməsi xahiş olunub:
"Biz Türkiyə hökumətinin İŞİD-dən neft almasına dair heç bir sübut görmürük".

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-in-maliyye-nazirliyi-turkiye-i-si-d-den-neft-alisi-ile-mesgul-olmur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR