Balıqdan monastır kotleti - FOTO

Balıqdan monastır kotleti - FOTO
07:05 17 Dekabr 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az balıqdan monastır kotletinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

500 q istənilən balığın filesi 
1 baş soğan 
2 diş sarımsaq 
2 yerkökü
2 kartof
70 q kələm
şüyüd
cəfəri
2 yumurta
duz, istiot, ədviyyat (zövqə görə)
narın suxarı

Çiy tərəvəzlə (soğan, yerkökü, kələm, kartof) balığı ət maşınından keçirin. 

Xırdalanmış sarımsaq və xırda doğranmış göyərtini, yumurta, 2 x.q. suxarı əlavə edin, duz-istiot, sevdiyiniz başqa ədviyyat vurun. 

Əllərinizi azca su ilə isladıb kotletlər tutun, narın suxarıya batırıb bitki yağında hər üzünü qızardın. 

Nuş olsun! 

Milli.Az 




Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/390559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR