Barak ​Obama dekabrın 22-dək müvəqqəti büdcə qanunu imzalayıb

Barak ​Obama dekabrın 22-dək müvəqqəti büdcə qanunu imzalayıb
07:27 17 Dekabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Konqres tərəfindən qəbul olunan və dekabrın 22-dək büdcə maliyyələşdirilməsini nizamlayan qanun layihəsini imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Ağ evin müvafiq bəyanatına istinadən "Reuters" məlumat yayıb.
Əgər dövlət başçısı qanun layihəsinə imza atmasaydı, ABŞ-ın bütün federal idarələri maliyyə çatışmazlığı səbəbindən müvəqqəti olaraq bağlanmaq məcburiyyətində qalacaqdı. Müddətin altı gün uzadılması danışıqlar aparmaq və 1,15 trilyon dollar məbləğində olan federal proqramlar büdcəsi üzrə saziş əldə etməyə imkan verəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/barak-obama-dekabrin-22-dek-muveqqeti-budce-qanunu-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR