Kuba və ABŞ arasında hava əlaqəsi bərpa edilir

Kuba və ABŞ arasında hava əlaqəsi bərpa edilir
07:47 17 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Kuba və ABŞ arasında müntəzəm hava əlaqəsi bərpa olunacaq.

APA-nın "The Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq razılıq dekabrın 16-da Vaşinqtonda əldə edilib.
 
Razılaşma hər iki ölkənin  aviaşirkətlərinə hava əlaqəsinin bərpasına dair danışıqlara başlamağa imkan verəcək. Məlumata görə, bu proses bir neçə ay çəkə bilər.
 
Xatırladaq ki, 2015-ci il, dekabrın 17-də ABŞ prezidenti Barak Obama Kuba ilə diplomatik münasibətlərin tam bərpa edilməsi və Havanada ABŞ səfirliyinin açılması barədə sənəd imzalamışdı. 2016-cı ilin iyulunda isə dövlət katibi Con Kerri Kubada açılmış yeni ABŞ səfirliyinin binası üzərində dövlət bayrağının qaldırılması mərasimində iştirak etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR