Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı İraqda 4 hərbçinin yaralandığını təsdiqləyib

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı İraqda 4 hərbçinin yaralandığını təsdiqləyib
07:57 17 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı İraqın Mosul şəhəri yaxınlığındakı hərbi düşərgənin İŞİD tərəfindən raket atəşinə məruz qalmasını və 4 türk hərbçisinin yaralandığın təsdiqləyib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Baş Qərargahın məlumatında bildirilir.
 
Məlumata əsasən, dekabrın 16-ı, yerli vaxtla saat 15:10-da kürdlərin "peşmərgə" qüvvələri və İŞİD terror təşkilatı arasında baş verən atışma zamanı türk hərbçilərinin yerləşdirildiyi təlim düşərgəsi raket atəşinə tutulub. Hadisə nəticəsində yaralanan Türkiyə Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu Şırnak şəhərinin xəstəxanasına çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR