“Azercell” “Yeni il” kampaniyasına başlayıb

“Azercell” “Yeni il” kampaniyasına başlayıb
08:28 17 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telekom” fakturalı xətt abunəçiləri üçün “Yeni İl” kampaniyasına başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində “Azercell” şəbəkəsinə keçən fakturalı xətt abunəçiləri çox sərfəli qiymətlərlə “iPhone 6” və “iPhone 6+” telefonu əldə edə bilər. Kampaniyadan yararlanmaq üçün abunəçilər “Azercell” diler şəbəkələrindən və “Azercell Ekspress” ofislərindən güzəştli şərtlərlə “Hədsiz” tarifinə qoşulub “iPhone 6” (16 GB), “iPhone 6” (64 GB) və “iPhone 6+” (64 GB) telefonu almalıdırlar. Abunəçi bu telefonları əldə etdikdən sonra 18 faktura dövrü ərzində müvafiq olaraq 99 manat, 109 manat və 119 manat aylıq abunə haqqı ödəməli olacaq. Kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz” tarif paketi növbəti gündən aktivləşdirilir. Abunəçi kampaniyadan yalnız öz nömrəsi ilə yararlana bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Kampaniya çərçivəsində bir nömrəyə yalnız bir IMEI tətbiq etmək mümkün olacaq.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR