Pekin, 17 dekabr, AZƏRTAC
Çinin Fucian əyalətindəki Lonyan şəhərində restoranda baş vermiş partlayışda 7 nəfər ölüb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayışda ağır yaralanan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, partlayış restoranın mətbəxində baş verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin