Baş nazir: Makedoniya ölkənin adını dəyişdirməyə hazırdır

Baş nazir: Makedoniya ölkənin adını dəyişdirməyə hazırdır
08:43 17 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Afina, 17 dekabr, AZƏRTAC
Makedoniyanın Baş naziri Nikola Qruevski “The Guardian” nəşrinə verdiyi müsahibədə ölkəsinin adının dəyişdirilməsi məsələsi barədə Yunanıstan ilə dialoqa hazır olduqlarını bildirib. Baş nazir Yunanıstan ilə dialoqun baş tutduğu halda ölkədə referendumun təşkilinin mümkünlüyünü qeyd edib.
Artıq 24 ildi davam edən problem Makedoniyanın müstəqilliyini bəyan etməsindən sonra başlayıb. Yunanıstan Makedoniyanı ölkənin tarixi bölgəsi olan Makedoniyanın adını, Makedoniyalı İsgəndərin irsini, bayraqlarındakı günəş simvolunu mənimsəməkdə ittiham edir. İki ölkə arasında davam edən münaqişə Yunanıstanın Makedoniyanın NATO və Avropa İttifaqına daxil olmasına əngəl yaratması və BMT-nin Makedoniyanı – Keçmiş Yuqoslaviya Makedoniya Respublikası adlandırması ilə nəticələnib.
Dekabrın 17-də Makedoniyanın Baş naziri 15 ildən sonra ilk dəfə Yunanıstana rəsmi səfər edəcək.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bas_nazir_Makedoniya_olkenin_adini_deyisdirmeye_hazirdir-911926

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR