Çində mədəndə baş verən partlayış nəticəsində 19 nəfər dağıntılar altında qalıb

Çində mədəndə baş verən partlayış nəticəsində 19 nəfər dağıntılar altında qalıb
08:58 17 Dekabr 2015
14 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çinin Xeyluntszyan vilayətində mədəndə baş vermiş partlayış nəticəsində 19 nəfər dağıntılar altında qalıb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Partlayış yerli vaxtla 14:30-da baş verib. Həmin zaman mədəndə 52 nəfər işləyirdi, onlardan 33-ü yer üzünə çıxa bilib.

Hal-hazırda xilasetmə işləri aparılır. Qeyd olunur ki, yanğın xilasedicilərin işini çətinləşdirir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2470549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR