Yük gəmisi ilə tanker toqquşdu, 6 nəfərdən xəbər yoxdur

Yük gəmisi ilə tanker toqquşdu, 6 nəfərdən xəbər yoxdur
09:17 17 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Sinqapur boğazında yük gəmisi ilə tankerin toqquşması nəticəsində 6 nəfər itkin düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, daha 6 dənizçi xəstəxanaya yerləşdirilib.
 
İnsident İndoneziyanın ərazi sularında, Batam adasından 11 km şimal-qərbdə baş verib.
 
Antiqua və Barbudanın bayrağı altında üzən yük gəmisinə ciddi ziyan dəyib. Kayman adalarında qeydə alınmış, kimyəvi maddələr daşıyan tanker isə cüzi zədələnib.  
 
Hadisə yerində xilasedici əməliyyat davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR