​Maşallah Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib

​Maşallah Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib
09:22 17 Dekabr 2015
63 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın tanınmış futbolçusu Maşallah Əhmədov həbs olunub.
"Report"un əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində "Neftçi"nin keçmiş futbolçusu barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, M.Əhmədov dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərində xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxsin pulunu da qaytarmayıb. 
Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR