Rusiya DİN-in Mədəniyyət Mərkəzində yanğın baş verib

Rusiya DİN-in Mədəniyyət Mərkəzində yanğın baş verib
10:02 17 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Moskvada Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin Mədəniyyət Mərkəzinin binasında yanğın baş verib.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, yanğın Moskvanın mərkəzində Novoslobodsk küçəsindəki adminstrativ binada 200 kv metr sahəni əhatə edib.
Yanğının ətrafa yayıldığı bildirilib. Yanğının söndürülməsinə 25-dən artıq yanğınsöndürən maşın cəlb edilib. Hadisəyə görə, Novoslobodsk küçəsi ilə hərəkət dayanıb.
Yanğının sürtəti və sahəsi iki dəfə artıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR