Kişilərin qısqandığı azərbaycanlının toyunda 2 milyonluq tac (FOTO)

Kişilərin qısqandığı azərbaycanlının toyunda 2 milyonluq tac (FOTO)
10:21 17 Dekabr 2015
65 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış 44 yaşlı rusiyalı opera ifaçısı Anna Netrebko ilə 38 yaşlı azərbaycanlı tenor Yusif Eyvazovun toyunun bəzi detalları bəlli olub.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, onların hər ikisi Luçano Pavarottinin tələbələridir.

Ötən il nişan mərasimi olan cütlüyün toy tarixi bəllidir. Opera ifaçıları dekabrın 29-da nikaha daxil olacaqlar.
Anna və Yusif üçün bu ilk nikah olacaq. Anna oğlunun atası - opera sənətçisi Ervin Şrotto ilə rəsmi nikahda olmayıb.

İlk olaraq onlar toy mərasimini Rusiyanın şimal paytaxtı Sankt Peterburqda etmək niyyətində idilər. Ancaq gərgin qastrol səfərləri ilə bağlı olaraq onlar mərasimi Vyanada keçirməyə qərar veriblər.



Y.Eyvazovun nişan mərasimindən görüntü

Onlar Vyana ratuşunda nikaha daxil olacaqlar, mərasim isə Belveder sarayında olacaq. 200-ə yaxın dəvətli saraya karetalarda gələcəklər.

Qonaqlar arasında Filip Kirkirov, İqor Kruyoy və həyat yoldaşı, əfsanəvi tenor Plasido Dominqo və sairə məşhurlar olacaq.

İndi Anna gəlinliyini hazırlatmaqla məşğuldur. Mirvarı rəngli geyim məşhur rus modelyer tərəfindən hazırlanır.

Anna Netrebko kral ailələ üzvlərinin taxdığı tacdan da taxacaq. Kübar cəmiyyətin seçimi olan "Chopard" sadə və gözəl tacı ifaçıya təqdim edəcək. Bu tac Britaniya kral ailəsinin gəlini Keyt Mideltonun toy günü taxdığı taca bənzəyir.
Bu tac Netrebkonun toyu üçün xüsusi hazırlanır. Ağ qızıldan olan tac briliyantlarla bəzədilib. İlkin məlumata görə, ancaq tacın qiyməti 2 milyon avro dəyərindədir.


Netrebko üçün hazırlanan xüsusi tac


Bu tac Keyt Mideltonun tacına bənzəyir





Yusif Eyvazov və Anna Netrebko 2014-ci ilin fevral ayında "Manon Lesko" operasında birgə fəaliyyəti zamanı Roma şəhərində tanış olublar.

Cütlüyün sözlərinə görə ilk təşəbbüsü Anna göstərib. 6 aylıq münasibətdən isə sonra cütlüyün Avstriyanın Zaltsburq şəhərində nişanı baş tutub.

Yusif Eyvazov Bakı Musiqi Akademiyasını bitirib. Böyük teatrda və Milan Teatrında aparıcı rollarda çıxış edib. Eyvazovun anası Bakı məktəblərindən birində biologiya müəlliməsi işləyir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR