Türkan Şorayın 30 ildən sonra rejissorluq etdiyi "Uzaklarda arama" filmində qızı Yağmur Ünal da rol alıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, eyni zamanda filmin prodüserliyini boynuna götürən Yağmur Ünal ərəb kanalı "MBC4"də yayımlanan "Turki Ekstra"ya verdiyi müsahibəsində ən çox çətinlik çəkdiyi səhnə barəsində danışıb:
"Dərə səhnəsində çox çətinlik çəkdim. Hava çox soyuq idi. Üşüyürdüm, içim titrəyirdi, amma dözmək məcburiyyətində idim. Beləcə ağır qrip keçirdim, bir həftə xəstə yatdım. Anamı qorxutmuşdum".
Milli.Az