Dizləriniz ağrıyırsa...

Dizləriniz ağrıyırsa...
10:27 17 Dekabr 2015
60 Sosial
Ölkə mətbuatı
A- A+

Bir çox insanlar dizlərdə olan ağrılarla üzləşir. Dünya əhalisinin 4 faizi, yəni 250 milyon insan diz oynaqları xəstəliklərindən əziyyət çəkir. Bəzi hallarda bu ağrılar çox təhlükəli xəstəliklərin ilk simptomu kimi meydana çıxır. Beləliklə, dizlərdə olan ağrıların səbəbləri:

1. Diz oynağının artroz xəstəliyi

2. Menisklərin zədələnməsi

3. Oynağın iltihabı (artrit)

4. Bud-çanaq oynağın artroz xəstəliyi

5. Diz oynaqlarda qan dövranının pozulmaları

6. Diz vətərlərinin iltihabı

Diz oynağının artroz xəstəliyi dizdə olan ağrıların ən yayılmış səbəblərindən biridir. Adətən artroz 40 yaşından yuxarı olan insanlarda inkişaf edir. Artroz həm bir, həm də hər iki oynağı zədələyə bilir. Xəstəlik asta-asta bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir. Əvvəllər dizdə olan ağrılar çox zəif olur və yalnız insan uzun müddət ərzində gəzdikdən sonra əmələ gəlir. Vaxt keçdikcə ağrılar güclənir, hətta çox az müddət ərzində gəzdikdən sonra əmələ gəlir. Stuldan qalxmaq, pilləkənlə qalxmaq və ya düşmək xəstə üçün  xüsusilə çətin olur. Lakin dinc vəziyyətdə dizlər, demək olar ki, ağrımır və xəstə gecə saatlarında ağrıdan oyanmır.

Menisklərin zədələnməsi də dizdə olan ağrıların yayılmış səbəblərdən biridir. Menisk oynağın içərisində olan və amortizator rolunu oynayan qığırdaqdır. Meniskin zədələnməsi travma nəticəsində olur. 

Artrit də diz ağrıların səbəbi ola bilər. Artrit hər yaş dövründə inkişaf edə bilər, lakin əksər hallarda xəstəlik cavan yaşlarda başlayır. Artrit zamanı həm bir, həm də hər iki oynaq iltihablaşa bilər. Artritin bir neçə növü var. Artrit tez inkişaf edir (1-3 gün ərzində). Oynaq ödemləşir və şişir. Artritin ən xarakterik simptomu gecə ağrılarıdır (təxminən gecə saat 3-4 radələrində). Ağrılar o dərəcədə güclü olur ki, insan ağrıdan yuxudan oyanır. Gecə saatlarında insan yatanda ağrı gündüz saatlarıyla müqayisədə insan aktiv olanda, gəzəndə və s. hərəkətlər edəndə, daha güclü olur.

Qan dövranının pozulması da dizlərdə ağrılara səbəb ola bilər. Qan dövranının pozulması ilə bağlı olan diz ağrıları diz oynağının hərəkətliliyini pozmur. Ağrılar hər iki dizdə hiss olunur. Belə ağrıların yaranmasına havanın dəyişilməsi, soyuq, soyuqlama, fiziki gərginliklər səbəb ola bilər.

Diz vətərlərinin iltihabı dizlərdə ağrılara səbəb ola bilər. Bu xəstəlik adətən 40 yaşından yuxarı olan qadınlarda daha tez-tez inkişaf edir. Ağrılar adətən qadın pilləkənlə düşdükdə, ağır çantaları daşıdıqda əmələ gəlir. Düz səthdə gəzdikdə ağrılar çox nadir hallarda olur.

Ümumillikdə diz oynaqları insan bədənində ən zəif oynaqlardan biri sayılır. Bu səbəbdən onları imkan daxilində qorumaq lazımdır.

Diz ağrıları zamanı ağrını azaltmaq məqsədilə Difeplast Cool plastırından istifadə etmək olar.Difeplast Cool plastırları boyun, kürək, bel və digər nahiyələrin ağrılarında, həmçinin revmatizma, oynaq ağrılarında istifadə olunur. Oynaqlar, əzələ spazmaları və dartılmaları, burxulmalar, nevralgiyalar, travmalar və s. zamanı ən effektli vasitə, başqa müvəqqəti ağrıkəsici plastırlardan fərqli olaraq Difeplast Cool nəinki ağrını götürür, həm də yüksək müalicəvi effekti ilə iltihab əleyhinə təsiri xroniki prosesləri aradan qaldırır. Plastırın tərkibindəki diklofenak molekulu tez absorbsiya olunur, dərin toxumalara ümumi qan təchizatı vasitəsilə nüfuz edir.
İstifadəsi: Yapışdırılan nahiyə quru və təmiz olmalıdır. Plastırı üzərindəki ağ nazik kağızdan çıxarırıq, ağrı nahiyəsinə əl ilə astaca yapışdırırıq, hamarlaşdırırıq. Plastır 8-10 saat saxlanılmalıdır. Difeplast Cool plastırı gündə bir dəfə istifadə olunur. İstifadə olunmuş plastırlar təkrar istifadəyə yararsızdır. Müalicənin effektli olması üçün minimum 3 plastırdan istifadə olunmalıdır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/390919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR