Salyan sakini avtomobilə qoşula bilən səyyar ev düzəldib

Salyan sakini avtomobilə qoşula bilən səyyar ev düzəldib
10:28 17 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Salyan, 17 dekabr, Mahir Babayev, AZƏRTAC
Salyan sakini avtomobilə qoşula bilən daşınan ev düzəldib.
AZƏRTAC xəbər verir ki, görənlərin marağına səbəb olan səyyar evdə bütün lazımi şərait var - divan, kreslo, masa və mətbəx. Səyyar evi Elçin Əzizov düzəldib. Orta təhsilli olan Elçin deyir ki, ona bu addımı atmağa sövq edən əkin sahəsində işləyərkən istirahət etməsi üçün sığınacağa yaranan ehtiyac olub.
Elçin 45 gün ərzində ərsəyə gətirdiyi səyyar evin layihəsini internetdən əldə edib. Bunun düzəldilməsində istifadə olunan detallar isə “QAZel” və “Qaz-31” markalı avtomobillərə məxsusdur. Daşınan evin ümumi sahəsi 10 kvadratmetr, çəkisi 1 ton 600 kiloqramdır. Onun əsas hissəsini yataq otağı tutur ki, burada televizor və kompyuter üçün xüsusi masalar da quraşdırılıb. Otaqların işıqlandırılmasında həm 220, həm də 12 voltluq enerji mənbəyindən istifadə olunur.
Daşındığı yerdə ətraf mühitin çirkləndirilməməsi məqsədilə səyyar evin alt hissəsinə çirkab suların toplanması üçün xüsusi çən də yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Salyan_sakini_avtomobile_qosula_bilen_seyyar_ev_duzeldib-911931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR