Bakıda maliyyə idarəetməsinin əsaslarına həsr olunmuş seminar keçirilir

10:32 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un verdiyi xəbərə görə, dekabrın 17-18-də və gələn ilin fevralın 10-11-də maliyyə idarəetməsinin əsaslarına həsr olunmuş seminar keçiriləcək. EBRD, iş qadınları üçün onların sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və işgüzar fəaliyyətinin genişləndirilməsinə imkanlar yaradan əsas maliyyə konsepsiyalarını dərindən qavramasına yardımçı olmaq məqsədilə 4-günlük seminarın ilk sessiyasına başlayıb. 
İqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən 17 qadın sahibkar bu seminarın ilk sessiyasında iştirak edib. “İnanırıq ki, qadınların sahibkarlıq fəaliyyəti yeni iş yerlərinin yaradılmasında və iqtisadi inkişafın tərəqqisində vacib rol oynayır. Məhz buna görə, fəaliyyət göstərdiyimiz ölkələrdə, sahibkarlıqla məşğul olan qadınların nailiyyətlər qazanması və bizneslə daha geniş şəkildə məşğul olması üçün onlara köməklik göstəririk”, - deyə EBRD-nin Cənubi Qafqaz və Rusiya üzrə kiçik müəssisələr üçün məsləhət məsələləri üzrə rəhbəri Cef Ferri bildirib. 
“Tərəfimizdən təşkil olunan silsilə xarakterli seminarlar ən mükəmməl beynəlxalq təcrübədən qaynaqlanır və tədris proqramı yerli tələblər əsasında tərtib olunaraq seminar iştirakçılarına aşılanır. Bu proqram Azərbaycanda sahibkarlıqla məşğul olan qadınların fəaliyyətini təşviq edərək, işgüzar fəaliyyətə daha çox qadının cəlb olunmasını dəstəkləyir”, - deyə EBRD təmsilçisi əlavə edib.
Bu seminar İlkin Keçid Dövrü Ölkələr Fondu, Avropa İttifaqı və İsveç hökuməti tərəfindən maliyyələşdirilən EBRD İş qadınlarına Dəstək Proqramının bir hissəsini təşkil edir. EBRD özünün tərəfdaş maliyyə qurumlarının xətti ilə kiçik və orta sahibkarlıqla məşğul olan qadın sahibkarlar üçün 50 mln. avrodan artıq kreditlərin verilməsinə imkanlar yaradacaq. Bu məbləğdən 9 mln. avro risklərin azaldılması və tərəfdaş banklara texniki dəstəyin göstərilməsi məqsədilə sponsor maliyyələşdirməsinə ayrılmaqla yanaşı, qadın sahibkarlara biznesin idarə edilməsinə dair tövsiyələrin verilməsi, onlar üçün təlimlərin keçirilməsi və təlimatlandırılmasına xidmət edir. 
Qeyd edək ki, 1993-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan EBRD indiyədək 700-dən artıq müəssisəyə inkişaf etmək və fəaliyyətini genişləndirmək məqsədilə praktiki bilik və texnologiyaların öyrənilməsində məşvərətçi xidmətlərindən bəhrələnmək imkanları yaradıb. Avropa İttifaqı 2003-cü ildən bu fəaliyyəti dəstəkləmək üçün 3,7 mln. avro, İsveç Beynəlxalq İnkişaf Agentliyi isə Şərq Tərəfdaşlığı ölkələrində sahibkarlıqla məşğul olan qadınların inkişafına 47 mln. İsveç kronu dəyərində maliyyə yardımı edib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/bakida-maliyye-idareetmesinin-esaslarina-hesr-olunmus-seminar-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR