Üzeyir Hacıbəylinin Ev muzeyində sərgi keçiriləcək

10:47 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, dekabrın 18-də təşkil olunacaq sərgidə muzeyin 40 illik fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar, muzeyin nəşrləri nümayiş olunacaq.
Tədbirdə tanınmış aktyorların ifasında ev muzeyinə həsr edilən şeirlər söyləniləcək, bəstəkarın musiqilərindən parçalar səslənəcək.
Üzeyir bəy Hacıbəylinin Ev muzeyi 1975-ci ildə yaradılıb. Həmin ilin noyabrın 20–də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı olub. Ev muzeyi Bakıda, Şamil Əzizbəyov 67 ünvanında (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) yerləşən – bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evdə təşkil olunub.
Dahi bəstəkarın zəngin irsini qorunduğu muzey Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/uzeyir-hacibeylinin-ev-muzeyinde-sergi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR